1-ci NƏŞR, 25.01.2021
Dəyişiklilər və əlavələr
2021-ci il üzrə yaşayış minimumunun məbləği təsdiqləndi.
01 yanvar 2021-ci il tarixindən qüvvəyə minən qanunda 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edildi.
İcbari tibbi siğorta haqlarının hesablanması və tətbiqi
30 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının “Tibbi siğorta haqqında” qanuna edilən dəyişikliyə əsasən icbari tibbi siğorta üzrə xidmətlərin Bakı şəhərində tətbiqinə müvafiq ilin aprel ayından etibarən tətbiqinə baxmayaraq, 01 yanvar 2021-ci il tarixindən etibarən icbari tibbi siğorta haqlarının tutulması başlanmışdır.
| Gəlirin məbləği | İşçi tərəfindən | İşə götürən tərəfindən |
| AZN 8000-ə qədər | 2% | 2% |
| AZN 8000-dən çox olduqda | AZN 160 + AZN 8000- dən çox olan hissənin 0.5%-i | AZN 160 + AZN 8000- dən çox olan hissənin 0.5%-i |
Eyni zamanda, 01 yanvar 2022-ci il tarixinədək, yəni bu ildən başlayaraq 1 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə hesablanmalı və ödənilməli olan siğorta haqqnına 50% miqdarında güzəşt nəzərdə tutulur və işçi və işəgötürəndən əməkhaqqının 8000 manatadək olan hissəsindən tutulacaq məbləğ 1%-ə endirilir
Sözügedən siğorta haqları hər ay üzrə sonrakı ayın 15-dən gec olmayaraq ödənilməli və rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilməlidir.
İcbari tibbi siğorta üzrə Xidmətlər Zərfi
http://www.e-qanun.az/framework/44151