3-cü NƏŞR, 08.04.2021


Məhkəmə Qərarı


Konstitusiya Məhkəməsi: Lizinq müqaviləsi kredit müqaviləsi sayıla bilməz. 


Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib. Məhkəmə 28 Dekabr 2020-ci il tarixində baş tutub. 


Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci, 747-1.3-cü və 747-2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq, yaşayış sahəsinin, o cümlədən mənzilin əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir. 


Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür. 


Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. 


Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair: 


http://www.constcourt.gov.az/decision/1197