8-ci NƏŞR, 21.09.2021


Mediasiya nədir və nəyə xidmət edir?


Mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses olaraq müəyyən edilərək alternativ mübahisə həlli üsulu kimi Azərbaycan Respublikasının prezidenti tərəfindən “Mediasiya haqqında” qanunda təqdim edilir. 


Mediasiya məhkəmədən fərqli olaraq, mübahisələrdə barışığa önəm verərək danışıqları üstün tutur. Mediatorun bitərəf şəxs kimi qatılaraq mübahisənin həllinə və tərəflərin razılaşacağı barışıq sazişinə əsaslanır.


Aşağıda qeyd edilən mübahisə növləri məhkəməyə müraciət edilmədən əvvəl mediasiyada həll yolunun tapılmasını müəyyən edir: 

1. Mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) 

2. Ailə mübahisələri 

3. Əmək mübahisələri 

4. İnzibati mübahisələr


Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 

• Könüllülük 

• Tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı 

• Meaditorların qərəzsizliyi və müstəqilliyi 

• Mediasiya prosesinə müdaxilənin yolverilməzliyi 

• Konfidensiallıq


Əgər tərəflər mediasiyanın sonunda razılığa gəlirsə barışıq sazişi imzalanır. Digər şərtlərdən də asılı olaraq, barışıq sazişi imzalandığı gündən etibarən qüvvəyə minmiş hesab olunur və icrası məcburi xarakter daşıyır. Yenə digər şərtlərdən asılı olaraq, sözügedən sazişin icra müddəti imza günündən növbəti 10 gün hesab edilir. Barışıq sazişinin icrasından imtina halında isə digər tərəf məhkəməyə müraciət edə bilər və saziş qanunla ziddiyyət təşkil etmirsə, məhkəmə tərəfindən təsdiq edilir. 


“Mediasiya haqqında” qanunu müvafiq linkdə tapa bilərsiniz:

http://www.e-qanun.az/framework/41828