Sınaq müddəti ilə bağlı Əmək Məcəlləsinə edilən dəyişiklik və Əmək münasibətləri və məşğulluq altsisteminə (ƏMAS) əlavə edilmiş yeni funksiya.
13-cü NƏŞR, 27.11.2023
Sınaq müddəti ilə bağlı Əmək Məcəlləsinə edilən dəyişiklik.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 24 Oktyabr 2023-cü il tarixində edilən dəyişikliyə əsasən (51-ci maddə) 6 ay müddətinədək bağlanılmış əmək müqavilələri üçün ən çoxu iki həftə, digər əmək müqavilələri üçün isə ən çoxu 3 ay sınaq müddəti təyin edilə bilər. Bu hallar sınaq müddəti müəyyən edilməyən əmək müqavilələrinə şamil olunmur.
Əmək münasibətləri və məşğulluq altsisteminə (ƏMAS) əlavə edilmiş yeni funksiya.
ƏMAS sistemi 10.05.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istifadəyə verilmişdir. Mövcud sistemə isə sahibkarları və onların uçotunu aparan şəxsləri yaxından maraqlandıran yeni funksiyaların əlavə olunması davam etdirilir. Belə ki, 2023-cü ilin noyabr ayından etibarən yaradılan pəncərədə bütün növ məzuniyyət əmrlərinin (əmək, yaradıcılıq, təhsil, sosial, ödənişsiz və s məzuniyyətlər nəzərdə tutulur) rəsmiləşdirilməsi bu sistem üzərindən həyata keçiriləcəkdir. Eyni zamanda, cari tarixdən əvvəlki dövrə məlumatın əlavə edilməsi sistem tərəfindən qəbul edilməyəcəkdir. Əlavə olaraq bildirmək istəyirik ki, əmək qanunvericiliyinin pozulması hallarında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə uyğun olaraq cərimələr tətbiq edilir.
Cədvəl 1: ƏMAS-da yer alan sözügedən yeni funksiya barədə məlumatlandırma