Vergi Məcəlləsinə Edilmiş Dəyişikliklər
Dəyişikliklər 01.01.2023-cü il tarixindən qüvvəyə minir.
Şirkətimiz Haqqında
SofistiCo MMC 25 iyun 2007-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və həmin ilin 19 iyul tarixində dövlət qeydiyyatına alınmışdır. Bu tarixdən etibarən şirkət fəaliyyətə başlamış və yüksək keyfiyyətli xidmətləri müqabilində qısa zaman kəsiyində böyük nəticələr əldə edərək aparıcı konsaltinq şirkətinə çevrilmişdir.
Məqsədimiz müştərilərin biznes fəaliyyətinin uğurlu təşkilinə və fəaliyyətinin uğurlu davamına imkan verən yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və onların hüquq və maraqlarının dövlət, qeyri-dövlət və digər strukturlarda müdafiəsidir.
Xidmətlərimiz:
➢ Audit
➢ Mühasibat uçotu
➢ Məsləhət
➢ Kadr işləri
➢ Korporativ hüquq
PLAN
• Ümumi dəyişikliklər
• Maliyyə sanksiyaları
• Vergidən azadolmalar
• Digər dəyişikliklər
• İşğaldan azad olunmuş ərazilərdə vergiyə cəlb olunma
• ƏDV geri al üzrə yeni dərəcələr
Ümumi Dəyişikliklər
Ümumi Dəyişikliklər
Azərbaycan mənbəyinə aid edilməyən gəlirlərlə bağlı siyahıya əlavə.
Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsi
Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə yerləşən qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətinin həmin qeyri-rezidentə köçürülməsi.
Texnologiyalar parkının rezidenti anlayışının genişləndirilməsi
Vergi Məcəlləsinin 13.2.53-cü maddəsi
Texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;
Nəzarət olunan xarici müəssisənin vergiyə cəlb olunma meyarlarında dəyişiklik
Vergi Məcəlləsinin 14-2-ci maddəsi
Nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisinin 75 faizinə (əvvəlki redaksiyada 50%) və ya daha aşağı hissəsinə bərabər olmalıdır
Nəzarət olunan xarici müəssisə hesab edilməsi üçün güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçməsi şərtin ləğv olunur
Bazar Qiyməti
Yeni maddə Maddə 14.3.6.
Vergi nəzarəti tədbiri zamanı (operativ və ya səyyar) vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlərin təqdim edilmədiyi (mövcud olmaması) hallarda bazar qiyməti tətbiq edilə bilər.
Real vaxt rejimində işləyən kassa aparatının quraşdırılması
Dəyişiklik Maddə 16.1.8.
Yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, o cümlədən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək
Vergi Məcəlləsinin 16.1.11-11-ci və 16.1.11-11.3 maddələri
Əvvəlki redaksiya
Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək
Yeni redaksiyada
Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına vermək
Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur.
Dəyişiklik - Bank hesabının açılması üzrə yeni prosedurlar
Maddə 16.1.11
Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra, birbaşa bank əməliyyatları aparan şəxslərə (əvvəlki redaksiyada yalnız Şəhadətnamə-dublikat təqdim etdikdə) hesab açmaq üçün müraciət edilməsi (Keçid müddəa – 01 Oktyabr 2023-cü il tarixindən qüvvəyə minir)
Maddə 35.1
Açılmış bank hesablarının vergi orqanında qeydiyyata alınması üçün müvafiq elektron məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada bank əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına göndərilməsi öhdəliyi
Yeni maddə 33.8-1 – Virtual daimi nümayəndəlik
Rezidentlərə daimi nümayəndəlik yaratmadan elektron ticarət qaydasında işlər və xidmətlər təqdim edən qeyrirezidentin elektron qaydada vergi uçotuna alınması (Qaydalar müvafiq icra hakimiyyəti tərəfindən təsdiq ediləcək).
Dəyişiklik 50.8-ci maddə - Nəzarət kassa aparatları üzrə yeni tələblər
NKA çeklərinin avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş şərtlərinə uyğun qaydada buraxılması, o cümlədən:
Nisyə satış üzrə ödəniş çekində həmin satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
Yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.
Maliyyə Sanksiyaları
Maddəyə dəyişiklik – 57.1
Əvvəlki redaksiyada
Vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Yeni redaksiyada
Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Maddələrə dəyişikliklər
Maddə 57.1-2
Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisələrə “Ölkələrarası hesabat”-ın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə - 10000 manat məbləğində maliyyə sanksiyası
Maddə 58.6
Bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Maddələrə dəyişikliklər
Maddə 58.13
58.13-cü madddəyə ikinci halda "təqdim edilməsinə" sözlərindən sonra "(elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla)" sözləri əlavə edilir. – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Maddə 60.1.1
Bank əməliyyatları aparan şəxslər tərəfindən hesab açılması barədə elektron məlumatın vergi orqanına təqdim edilməməsinə görə həmin şəxslərə - hər açılmış hesab üzrə 400 manat məbləğində cərimə.
Vergidən azadolmalar
Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənarda sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər
Yeni maddələr
Maddə 101.7.1. 101.7.2. 122.5
2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi. 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi. Hüquqi şəxslər tərəfindən ödənilən dividendə görə ödəmə mənbəyində tutulan vergidən – 10 il müddətinə
Maddələrə əlavələr
Maddə 102.1.21. 106.1.13
Fiziki və hüquqi şəxslər həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərdən müvafiq olaraq gəlir və mənfəət vergisindən – 10 il müddətinə.
Maddə 199.7. 207.3
Fiziki və hüquqi şəxslər əmlak və torpaq vergisindən – 10 il müddətinə
Kənd təsərrüfatı üzrə mövcud maddələrə dəyişiklik və əlavə – Maddə 102.1.11, 102.1.11-1 və 106.1.14-1
Kənd təsərrüfatı məhsulları istehsalçılarının (sənaye üsulu daxil olmaqla) aşağıdakı gəlirləri də fiziki şəxslərin gəlir vergisindən, hüquqi şəxslərin isə mənfəət vergisindən azad edilir:
➢ Satışdankənar gəlirlər
➢ Dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (sənaye üsulu daxil olmaqla) rezident hüquqi şəxslərin iştirakçılarının dividend gəlirləri
➢ İştirakçı olan həm fiziki şəxs həm də hüquqi şəxslər üzrə 2023-cü ilin yanvarın 1-dən 1 il müddətinə azad edilir.
Mövcud maddələrə dəyişikliklər
Maddə 102.1-1
Şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 800 manatadək olan hissəsinin - fiziki şəxslərin muzdlu işdən əldə etdiyi gəlirlər üzrə gəlir vergisindən azad edilir.
Maddə 102.1.15
Beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, ölkədaxili respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50000 manatadək hissəsinin (əvvəlki redaksiyada 4000 manatadək) - fiziki şəxslərin gəlir vergisindən azad edilməsi
Maddə 102.1.37, 106.1.31, 199.17 və 207.10
İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən fərdi sahikarların və hüquqi şəxslərin müvafiq siyahısı təsdiq edildiyi ildən etibarən 7 il müddətinə:
❖ Həmin faəliyyətdən əldə etdiyi mənfəətin 50 faizi gəlir və mənfəət vergisindən;
❖ Bu fəaliyyət prosesində istifadə olunan əmlak və torpaq sahələri isə müvafiq olaraq əmlak və torpaq vergisindən azad edilir.
Vergi Məcəlləsinin 102.1.22-ci maddəsi
Qüüvədən düşür
2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri.
Qüvvəyə minir
2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri.
Digər dəyişikliklər
Güzəştli vergi tutulan ölkələr və əraziləri müəyyənləşdirən meyarların sərtləşdirilməsi
Vergi Məcəlləsinin 128-ci maddəsi tam şəkildə redaksiya edilir.
Maddə 128.2.2
Azərbaycan Respublikası ilə beynəlxalq müqavilələr çərçivəsində müvafiq standartlara uyğun məlumat mübadiləsini aparmayan ölkələr və ya ərazilər və (və ya)
Maddə 128.2.1
Vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcənin 75 faizi (əvvəlki redaksiyada 50%) və ya daha aşağı hissəsimə bərabər olan ölkələr və ərazilər və (və ya)
Maddə 128.2.3
Maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkələr və ya ərazilər
Digər dəyişikliklər
Maddə 115.6-1
İcarəyə götürülmüş əsas vəsaitlər üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği təqvim ilinin sonuna 500 manatdan az olduqda həmin məbləğin vergitutulan gəlirdən çıxılır.
Maddə 164.1.5 165.1.10
Müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitlərin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDVə 0% dərəcə ilə cəlb ediləcək.
Maddə 218.6.2 218.7
Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaiməfaktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.
Əlavə: Yuxarıdakı şərtlər ödənilmədikdə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir.
İşğaldan azad olunmuş ərazilərdə vergiyə cəlb olunma
XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri Vergi Məcəlləsinin 226 və 227-ci maddələri
İşğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər (işğaldan azad edilmiş ərazinin rezidenti) üçün 2023-cü ildən etibarən 10 il müddətinə azadolmalar müəyyən edilir:
Azadolmalar şamil olunur:
▪ Satışdankənar gəlirlər daxil olmaqla Mənfəət (Gəlir) və Sadələşdirilmiş vergisi;
▪ Əmlak vergisi;
▪ Torpaq vergisi;
▪ Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalına görə ƏDV;
▪ İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlər
Azadolmalar şamil olunmur:
▪ Maliyyə xidmətləri
▪ Yük daşıma xidmətləri
▪ Dövlət büdcəsinin vəsaitləri hesabına podratçı tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi
İşğaldan azad olunmuş ərazilərdə vergiyə cəlb olunma
Nəzərdə tutulmuş azadolmaların tətbiq edilməsi şərtləri:
✓ İstehsal, emal və hasilat fəaliyyəti sahəsi üzrə - həm işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, həm də Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir;
✓ Topdansatış ticarət, tikinti və xidmət sahələri üzrə - malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir;
✓ Turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə - həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir.
Qeyd: Sözügedən azadolmalar sadalanan fəaliyyət növləri ilə işğaldan azad edilmiş ərazilərdən kənarda da məşğul olan rezidentlərə şamil edilmir.
Rezident azadolmaların şamil olduğu fəaliyyətləri üzrə gəlir və xərclərinin uçotunu işğaldan azad edilmiş ərazilərdən kənarda apardığı digər fəaliyyət növlərindən ayrılıqda aparmalıdır.
Sadalanan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti olan müəssisələr və onların əməkdaşları aşağıdakı qaydada məcburi dövlət sosial siğorta haqlarına subsidiyalaşma formasında güzəşt əldə edəcək:
• 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100%-i miqdarında;
• 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80%-i miqdarında;
• 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60%-i miqadarında;
• 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 10dək – 40%-i miqdarında.
Fərdi sahibkarların özlərinə münasibətdə ödəməli olduğu məcburi dövlət sosial siğorta haqları 100% miqdarında azad olunur.
ƏDV geri al üzrə yeni dərəcələr
Respublika üzrə:
❑ Nağdsız qaydada ödənilmiş ƏDV-nin 17.5%-i (əvvəlki redaksiyada 15%-i)
❑ Nağd qaydada ödənilmiş ƏDV-nin 5%-i (əvvəlki redaksiyada 10%-i)
İşğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalar (hotellər) üzrə göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə:
o Nağdsız qaydada ödənilmiş ƏDV-nin 30%-i
o Nağd qaydada ödənilmiş ƏDV-nin 5%-i