PLAN 

• Ümumi müddəalar və vergi inzibatçılığı 

• Gəlir və Mənfəət Vergiləri 

• Ödəmə mənbəyində vergi 

• Kənd təsərrüfatı 

• Əlavə Dəyər Vergisi 

• Maliyyə lizinqi 

• Aksiz vergisi 

• Əmlak və torpaq vergisi 

• Sadələşdirilmiş vergi 

• Sahibkarlıq sahəsində yoxlamalar

 

Ümumi müddəalar və vergi inzibatçılığı 


Vergi ödəyicisi və vergi orqanlarının hüquq və vəzifələri 

Əlavə məlumatların tələb edilməsi 


Dəyişiklik / Vergi Məcəlləsinin 16.1.16-ci maddəsinə əlavə – Kommunal və Rabitə

 

Kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və iqtisadi göstəriciləri hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək. 


Yeni maddə / Vergi Məcəlləsinin 16.1.11-13-cü maddəsi – Taksi sifarişi operatorları 


Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müəyyən edilən aylıq məlumatları hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, müəyyən edilən orqanın elektron informasiya sisteminə ötürmək. Ötürüləcək məlumatlar və qurum müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.


Riskli Vergi Ödəyiciləri 

Yeni maddələr: Əlavə tələblərin müəyyən edilməsi


Xüsusi portal vasitəsi ilə “Təchizatçının tanı” – Know Your Supplier (KYS)

Vergi ödəyicisinin hüququ – 15.1.15-4 və 30.8

15.1.15-4. Bu Məcəllənin 16.1.11-14 cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada*, bu Məcəllənin 30.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etmək. 30.8. Vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər.


Vergi ödəyicisinin vəzifəsi– 16.1.11-14

16.1.11-14. Təsərrüfat əməliyyatları aparılan zaman malları və xidmətləri ona təqdim edən vergi ödəyiciləri haqqında vergi ödəyicilərindən təsdiqedici sənədlər əldə etmək: 

▪ işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğu haqqında; 

▪ iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olması haqqında.


Keçid müddəa: Qeyd edilən maddələr 16.1.11-14-cü maddədə ilə eyni gündə qüvvəyə minəcək. Təchizatçı digər müştərilərlə əmtəəsiz əməliyyatlar apararsa, vergi ödəyicisinin məlumatsızlığı onu maliyyə sanksiyalarından və ya digər nəticələrdən (məsələn, xərclərin gəlirdən çıxılması) azad etməyəcək.


Maliyyə sanksiyaları 

Vergi Məcəlləsinin 57.8 və 58.15-1.-ci maddələri 


Yeni maddə 57.8

Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə aylıq məlumatları müəyyən edilən müddətdə təqdim olunmaması və ya təhrif olunmuş məlumatların təqdim edilməsinə görə - 1000 manat;


58.15-1. Vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:


Yeni maddə 58.15-1.


1-ci dəfə - aparılmış əməliyyatın məbləğinin 10%

2-ci dəfə - aparılmış əməliyyatın məbləğinin 20%

3-cü dəfə - aparılmış əməliyyatın məbləğinin 40%


Keçid müddəa: Sözügedən sanksiyalar VM-in 13.2.82-ci maddəsində nəzərdə tutulan qayda və şərtlərin təsdiq edildiyi tarixlə eyni gündə qüvvəyə minir.


Vergilərin ödənilməsi üzrə ümumi qaydalar 

Əlaqəli məlumatlar əsasında verginin hesablanması 


Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) Nazirlər Kabinetinin 1 mart 2001-ci il 55 nömrəli qərarına əsasən hesablanması qaydası (maddə 83.9) və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatları əsasında mənfəət və gəlir vergisi öhdəliyinin hesablanması qaydaları (maddə 67.3) ləğv edilir.


Yeni maddə - 67.3-1. Rentabellik 50%

Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 


Maddə 108.1. Rentabillik 1 il müddətinə 50%

Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Lakin, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci il yanvarın 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir. 


Maliyyə sanksiyaları 

Vergi Məcəlləsinin 58.8.3, 58.16 və 108.1-1.-ci maddələri 


Əvvəlki redaksiya 

58.16. Bu Məcəllənin 58.8-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdan satış bazar qiyməti nəzərdə tutulur. Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, ocümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir. 58.8.3. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda– alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. 


Yeni redaksiyada

58.16. Bu Məcəllənin 58.8.2-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdan satış bazar qiyməti nəzərdə tutulur. Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, ocümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir. 58.8.3. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda– alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında.


Yeni maddə 108.1-1.

108.1-1. Alışı və ya mədaxili bu Məcəllədə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən mallara görə vergi ödəyicisinə bu Məcəllənin 58.8.2-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdirsə, həmin malların bu Məcəllənin 58.16-cı maddəsinə uyğun olaraq müəyyən edilən dəyəri gəlirdən çıxılan xərclərə aid edilir.


Vergi Nəzarəti 

Vergi Yoxlamaları və Monitorinqi


Səyyar Vergi Yoxlamaları və Operativ Vergi Nəzarəti

Dəyişiklik 36.3-1.4.-cü maddə

Səyyar vergi yoxlamasının aparıldığı dövrdə mənfəət, gəlir, əmlak və torpaq vergilərinin biri və ya bir neçəsi üzrə vergi bəyannaməsinin təqdim edilməsi müddəti başa çatdıqda səyyar vergi yoxlamasının əhatə etdiyi dövr artırıla bilər.


Yeni maddə 50.4-1.-ci maddə

Operativ vergi nəzarətinin əhatə edəcəyi dövr səyyar vergi yoxlamasında olduğu kimi aşağıdakı müddətlərdə müəyyənləşir: 

▪ Hesabat dövrü qurtardıqdan sonra 3 il; 

▪ Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il; 

▪ Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları ilə bağlı 7 il


Vergilərin ödənilməsi üzrə ümumi qaydalar/E-qaimə fakturaları 

Vergi öhdəliklərinin yerinə yetirilməsi müddətinin uzadılması/Avans e-qaimələr


Mövcud maddə

85.6.2. Vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda.

Yeni redaksiyada 

85.6.2. Vergi borcunu bir dəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda və ya vergi ödəyicisinin vergi borcunu bir dəfəyə ödəmə qabiliyyəti olmadıqda.


Qeyd: Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydasının müvafiq orqan (qurum) tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur.


Yeni maddə 85.9-3. 

Bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə müraciətdə göstərilən vergi borcunun 10 faizini ödəməlidir.


Dəyişiklik 85.8

Vergi öhdəliklərinin yerinə yetirilməsi müddətinin uzadılmasını istisna edən hallara əlavə edilmişdir: • Vergi ödəyicisi tərəfindən son bir il ərzində müddəti uzadılmış vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə; • Vergi borcunun 10 faizi ödənilmədikdə.


Yeni maddə 71-1.1.5.

Bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda– avansın alındığı gün. Qeyd: Bu maddənin tətbiq edilməməsi üzrə Məcəllədə maliyyə sanksiyası nəzərdə tutulmayıb.


Vergi orqanında şikayətə baxılma 

Vergi Məcəlləsinin 63.1-ci maddəsi


Əvvəlki redaksiya 

63.1. Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. 


Yeni redaksiyada

63.1. Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. Şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətində uzadıla bilər. Müddətin uzadılması barədə şikayət vermiş şəxsə 3 iş günü ərzində məlumat verilir.


30 gün → 30 iş günü


Gəlir və Mənfəət Vergiləri


Fiziki şəxslərin gəlir vergisi 

Gəlir vergisindən azadolmalar və güzəştlər


Yeni maddə 119.2

Nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 


Qeyd: Xərclərin birbaşa işəgötürən tərəfindən çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlir hesab edilmir (maddə 98.2.3.).


Dəyişiklik 102.1.3.1. 102.1.22-3. 102.1.22-4. 102.1.40

Hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1,000 manat 2,500 manatadək olan hissəsi. Yerli bank və xarici bankın yerli filialı tərəfindən fiziki şəxslərin hər bir bankdakı manatda olan depozitləri üzrə hesablanan aylıq faiz gəlirləri: ✔200 manatadək olan hissəsi (müddətsiz olaraq), ✔depozitlər 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi – 3 il müddətinə. İstehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına görə əldə olunan gəlirlər


Hüquqi şəxslərin mənfəət vergisi 

Gəlirdən çıxılan xərclər


Vergi məcəlləsinin 109.3 və 119.2-ci maddələri Müvafiq qurum tərəfindən müəyyən edilmiş norma daxilində aşağıdakı xərclər gəlirdən çıxıla bilər: ▪ nümayəndəlik xərcləri; ▪ işçilərlə bağlı yaşayış və yemək xərcləri; Vergi məcəlləsinin 115.1-ci maddəsinə əlavə Yük avtomobilləri üzrə təmir xərclərinin gəlirdən çıxılan hissəsinin xüsusi norması – 8% olacaq. 


Vergi məcəlləsi - 109.8. Alış aktı və nəzarət kassa aparatının çeki əsasında alınmış mallar üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin 2% həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır. Bu müddəa alışı aktı ilə alınmış aşağıda sadalanan mallara şamil edilmir : - kənd təsərrüfatı məhsulları; - rəngli və qara metal hissəcikləri; - kağız, şüşə və plastik məhsullar; - utilizasiya üçün işlənmiş şin; - xam dəri; - daşınmaz əmlak; - avtomobil nəqliyyat vasitələri və - daşınan əsas vəsaitlər (əmlak).


Vergi məcəlləsi – 115.6-1/Düzxətli amortizasiyaya keçid İcarəçinin balansında uçota alınmayan və icarə ödənişləri ilə əvəz olunmayan və ya icarəyə verən tərəfindən ödənilməmiş əsas vəsaitlərin təmiri xərcləri aşağıdakı qaydada illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır: • Bu xərclər çəkildikdən sonra müqavilə müddəti 5 ildən artıq olarsa, faktiki qalan illərə nisbətdə proporsional məbləğ ilə; • Bu xərclər çəkildikdən sonra müqavilə müddəti 5 ildən azdırsa, çəkilmiş xərclərin 5-ə bölünməsi yolu ilə.


Hüquqi şəxslərin mənfəət vergisi 

Gəlirdən çıxılan xərclər və azadolmalar


Tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr üzrə ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirləri gəlir və mənfəət vergisindən azad edilir. (Maddə 102.1.40 və 106.1.34) Sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür. (Maddə 116.1) Vergi ödəyicisi mənfəət və gəlir vergisi üzrə güzəşt hüququna malik olduqda, amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiqi nəticəsində yaranan məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilmir. (Maddə 121.3)


Mikro sahibkarlıq subyektləri 

Vergi güzəştləri ilə bağlı dəyişikliklər (Maddələr - 102.1.30, 106.1.20, 152 və 221.1-1)


Mikrosahibkar 

Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan Vergi il üzrə orta aylıq işçi sayı 3 nəfərdən az olmamalıdır; Məcburi dövlət sosial sığorta haqları üzrə borc olmamalıdır.


Vergi ödəyicisi mikro sahibkarlıq subyektindən digər sahibkarlıq subyektinə keçid edirsə, mikro sahibkar olduğu əvvəlki 3 ildə hesablanmış və ödənilmiş gəlir və mənfəət vergisinin 75%-i sonrakı mənfəət vergisi/gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.


Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25% hissəsi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəlikdən çox olmamaqla) çıxılır. Sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü ilin yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəlikdən çox olmamaqla) çıxılır.


Hesabatların verilməsi/Cari vergi ödəmələri 

Mənfəət və Gəlir vergisi


Qanunvericiliyə yeniliklər və dəyişikliklər

Maddəyə dəyişiklik 151.5.1.

Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla və müvafiq vergi dərəcələr ilə hesablanarkən, əvvəlki illərdə yaranmış zərər məbləğləri vergi tutulan mənfəətdən (gəlirdən) çıxılmaqla nəzərə alınacaq. 


Maddəyə dəyişiklik 149.3.

Vergi ilində fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi həmin vergi ilində fəaliyyətini təkrar bərpa edərsə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməlidir.


Yeni maddə 149.4-1.

Mənfəət (gəlir) vergisinin ödəyicisi olmayan vergi ödəyicisinin ƏDV uçotu keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi vergi orqanına əvvəlki dövr üçün hüquqi şəxsin mənfəət vergisi ya da fiziki şəxsin gəlir vergisini qeydiyyat bildirişini təqdim etdikdən sonra 90 gün ərzində təqdim etməyə məcburdur. 


Ödəmə mənbəyində vergi


Ödəmə Mənbəyində Vergi 

Azadolmalar və güzəştlər


Vergi Məcəlləsinin 122.1-ci maddəsi

Mövcud maddə

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.


Yeni redaksiyada

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur.


Kənd Təsərrüfatı


Kənd təsərrüfatı 

Vergi güzəştləri və azadolmaları 


Maddə 102.1.11-1 106.1.14. 106.1.14-1.

- Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 4 il müddətinə. - Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət- 2014-cü il yanvarın 1-dən 10 13 il müddətinə. - Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 4 il müddətinə


Maddə 164.1.18. 199.9.

- Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 13 il müddətinə. - Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 13 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.


Yeni maddə 175.13

İdxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malik olurlar. Bu məqsədlə həmin şəxslər öz seçimləri barəsində 2024- cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidir. Təqdim edilmədikdə ticarət əlavəsindən hesablama olur və ödənilən ƏDV əvəzləşmir. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.


Əlavə Dəyər Vergisi


Əlavə Dəyər Vergisi

Vergidən azad edilmə


 


Əlavə dəyər vergisi 

Əlavələr və dəyişikliklər


Yeni maddə 174.5.

Tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır.


Yeni maddə 175.14. 

Alınmış mal, iş və xidmətlərə görə yaranmış borclar üzrə faktorinq əməliyyatlarında əməliyyat dəyəri faktorun bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir.


Maddə 175.1

Təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. 


Maddə 175.3

Bu Məcəllənin 109.4-cü və 119.2-ci maddələrində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.


Yeni maddə 166.1.1-1 Dəyişiklik 166.7

Əvvəlki qanunvericilikdə ƏDV tutulan əməliyyatların vaxtını müəyyənləşdirmək məqsədləri üçün ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişiklikdən sonra ƏDV məbləğinin ödənilməsi də nəzərdə tutulur. Nəzarət kassa aparatının tətbiq edilməli olduğu fəaliyyətlər növləri üzrə vergi tutulan əməliyyat aşağıdakı vaxtda baş vermiş hesab olunur: • Nağd və ya nağdsız ödənişlərə nəzarət-kassa aparatı çekinin vurulduğu tarix


Əlavə Dəyər Vergisi 

Vergi Məcəlləsinin 169-cu maddəsi


2023-cü ilin 1 yanvar tarixindən etibarən qüvvəyə minmiş olan “Sosial media şirkətlərinin (facebook, linkedin, instagram və s.) və bənzər qeyri-rezidentlərin virtual daimi nümayəndəlikləri” konseptli yerli qanunvericilik maddələrinə əsasən bu cür şirkətlərin elektron qeydiyyata alınaraq vergi öhdəliklərinin və bəyanının icrası nəzərdə tutulmuşdur. Sözügedən 387 nömrəli, 30.10.2023-cü il tarixli qərar isə bu qaydaları tənzimləyir. Qeyri-rezident (QR) tərəfindən elektron ticarət qaydasında iş və xidmətlər üzrə vergi bəyannaməsi təqdim edilir, aşağıdakı şərtlərdən hər hansı birinə əsasən əgər işləri və xidmətləri qəbul edən rezident şəxs: ▪ ödənişi AR-da yerləşən yerli bank, xarici bankın AR filialı, poçt rabitəsinin milli operatoru və ya digər ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirirsə; ▪ AR-da yerləşirsə; ▪ işləri və xidmətləri almaq üçün istifadə etdiyi cihazın IP ünvanı AR-da yerləşirsə; ▪ işləri və xidmətləri almaq və ya ödənişi etmək üçün istifadə etdiyi mobil operatorların ölkə kodu AR-da aid olarsa. Qeyri-rezident elektron ticarət iştirakçılarının vergi inzibatçılığına dair platformasına məlumatları daxil edərək müraciət edir və 20 iş günü müddətində Qaydaya uyğunluğu yoxlanıldıqdan sonra, imtina halları aşkar edilmədikdə uçota alınır. Nəticə etibari ilə, sözügedən qərara əsasən müvafiq platformada qeydiyyata alınacaq qeyrirezidentlərə rezident şəxslərdən tərəfindən icra ediləcək ödənişlər üçün Məcəllə ilə müəyyən edilən ƏDV öhdəliyi aradan qaldırılacaq və bu vergi öhdəliyi platformada qeydiyyatdan keçmiş qeyri-rezident tərəfindən yerinə yetiriləcək.


Maliyyə Lizinqi


Maliyyə Lizinqi 

Əməliyyat icarəsi və ƏDV-dən azadolma


Yeni maddə - 140.7

Maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda bu əməliyyat Vergi Məcəlləsinə maliyyə lizinqi tələblərinə uyğun gəlmədikdə, belə əməliyyat retrospektiv olaraq maliyyə lizinqi deyil, əmlakın icarəyə verilməsi hesab edilir. Bu halda, vergitutma bazasına düzəliş qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövrünün vergi bəyannaməsində aparılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə təqdim edirsə, lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir. ƏDV-dən azad edilmə: ❑ 164.1.2. Maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər; ❑ 164.1.2-1. ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim edilməsi; ❑ 164.1.25. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı.


Aksiz vergisi


Aksiz vergisi 

Verginin dərəcələri


 


Əmlak və torpaq vergisi


Əmlak və Torpaq vergisi 

Vergi azadolmaları


Yeni maddələr 199.2. və 207.12. 

Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlak və torpaqlara görə həmin əmlak və torpaqların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə əmlak və torpaq vergisindən azaddırlar.


Yeni maddə 199.21.

Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, Respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75% azaldılır.


Torpaq vergisi 

Hesablanması və ödənilməsi qaydaları


Torpaq vergisi bəyannaməsinin təqdim edilməsi müddətində və vergi ödənişlərində dəyişikliklər aşağıdakılardır: • Bəyannamə növbəti ilin yanvarın 31-dən gec olmayaraq təqdim edilməlidir (Əvvəllər mayın 15-dən gec olmayaraq); • Hüquqi şəxslər tərəfindən torpaq vergisi üzrə əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 50% həcmində 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə cari vergi ödənişləri ödənilməlidir. • Əvvəlki hesabat ilində torpaq vergisi ödəyicisi olmayan və ya yeni yaradılmış və torpaq vergisi ödəyicisi olan müəssisələr torpaq sahələrini əldə etdikdən sonra hesablanmalı olan illik torpaq vergisi məbləğini yuxarıda qeyd edilən məbləğlərdə və müddətdə yerinə yetirirlər. • Vergi ödəyicisi torpaq üzərində mülkiyyət və ya istifadə hüququ əldə etdikdə və ya ona xitam verildikdə, həmin torpaq sahəsi üzrə vergi hesablamaları mülkiyyət və ya istifadə müddətinə əsasən aparılır. Vergi məbləği, istifadə hüququ yarandıqda və ya xitam verildikdən sonra növbəti aydan başlayaraq, mülkiyyətində və ya istifadəsində olduğu ayların sayına əsasən mütənasib hesablanır.


Sadələşdirilmiş vergi


Sadələşdirilmiş Vergi 

İctimai İaşə sektoru və Yükdaşıma 


Mövcud maddələrə dəyişiklik – 155.1

Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququn dan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. Vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə o, istənilən vaxt fəaliyyətini sadələşdirilmiş vergi ödəyicisi kimi və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.


218.4.1 – Əvvəlki redaksiyada

Bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər ;


218.4.1 – Yeni redaksiyada

Bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;


Qeyd: Mükəlləfiyyət dəyisşə belə yenə də fərqlənmə nişanı alınmalıdır.


Sahibkarlıq sahəsində yoxlamalar


Yoxlamalar Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır


Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır. 01.01.2025-ci il tarixinədək yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Dayandırılma müddəti başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (yuxarıda göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.

 

Şirkətimiz Haqqında SofistiCo MMC 25 iyun 2007-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və həmin ilin 19 iyul tarixində dövlət qeydiyyatına alınmışdır. Bu tarixdən etibarən şirkət fəaliyyətə başlamış və yüksək keyfiyyətli xidmətləri müqabilində qısa zaman kəsiyində böyük nəticələr əldə edərək aparıcı konsaltinq şirkətinə çevrilmişdir. Məqsədimiz müştərilərin biznes fəaliyyətinin uğurlu təşkilinə və fəaliyyətinin uğurlu davamına imkan verən yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və onların hüquq və maraqlarının dövlət, qeyri-dövlət və digər strukturlarda müdafiəsidir. Xidmətlərimiz: ➢ Auditin təşkili ➢ Mühasibat uçotu ➢ Məsləhət ➢ Kadr işləri ➢ Korporativ hüquq