Vergi Məcəlləsinə Edilmiş Dəyişikliklər


Dəyişikliklər 01.01.2025-ci il tarixindən qüvvəyə minir.


Vergi Qanunvericiliyi

Elektron vergi idarəsinə daxil olma


Maddə-dəyişiklik 13.2.72-218.4.1-220.10


13.2.72. Elektron Kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan vergi ödəyicilərinə münasibətdə) ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə;


218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər; 220.10 Fəaliyyət növünün adı: 

- Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət; 

- Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət; 

- Çəkməçi, pinəçi; 

- Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri; 

- Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant); 

- Nəqqaşlıq emalatxanalarının fəaliyyəti; 

- Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər; 

- Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər; 

- Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər;


Asan imza xərcləri üzrə güzəşt


Vergi ödəyicisinin vəzifələri 

İdxal malları üzrə məlumat/Avans ödənişlər


Sənədləşmə/Kargüzarlıq üzrə güzəşt


Maddə-dəyişiklik 16.1.11-11.3.

Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) və ya təsərrüfat subyektlərinə (obyektlərinə) boşaldılmış hesab olunur. Bu maddənin tələbləri qeyri-sahibkarlıq və şəxsi istifadə üçün idxal olunan mallara şamil edilmir.


Maddə-ləğv 16.11.4

Avans ödənişləri üzrə - təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi


Vergi ödəyicisinin vəzifələri 

Bazarlara nəzarət ilə bağlı əlavələr


Vergi Məcəlləsində edilmiş yeni əlavələrə görə kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) və icarədarları ilə bağlı bir sıra vəzifələr və həmin vəzifələrin yerinə yetirilməməsinə görə maliyyə sanksiyaları nəzərdə tutulmuşdur.


Bazar – müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksi; 

Kənd təsərrüfatı məhsulları bazarı – ticarət yerlərinin 80 faizdən çoxu kənd təsərrüfatı məhsullarının satışına ayrılmış ixtisaslaşdırılmış bazar; 

Kənd təsərrüfatı kooperativi bazarı – kənd təsərrüfatı kooperativi kimi dövlət qeydiyyatından keçmiş hüquqi şəxs tərəfindən idarəedilən kənd təsərrüfatı məhsulları bazarı.


Yeni maddə 16.1.11.-15 58.15-2

Təsərrüfat subyektinin uçota alınması 

Bazar mülkiyyətçiləri və ya idarəediciləri əmlakı icarəyə verdikdə, əmlakı götürən tərəftəsərrüfat subyekti kimi vergi orqanında uçota alındıqdan sonra həmin subyektlərin fəaliyyətinə şərait yaradılmalıdır. 

Maliyyə sanksiyası: 

- Birinci pozuntu: 2,000 AZN. 

- İkinci pozuntu: 4,000 AZN. 

- Üçüncü və daha çox pozuntu: 6,000 AZN


Yeni maddə 16.1.11.-16 58.2-1

Vergi uçotu məlumatlarının əks olunması 

Bazarlardakı daşınmaz əmlak sahibkarlıq fəaliyyəti üzrə istifadə edildikdə, müvafiq təsərrüfat subyekti girişində vergi orqanında uçota alınması ilə bağlı məlumatı (arayışı) yerləşdirmək. 

Maliyyə sanksiyası: 

- Mikro sahibkarlıq və qeyri-kommersiya təşkilatları üçün: 40 AZN. 

- Digər şəxslər üçün: 400 AZN.


Yeni maddə 16.1.11.-17 57.3 

İcarəyə götürənlər barədə məlumat təqdim edilməsi 

Bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə, idarəediciləri) tərəfindən 

1) icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən;

2) fəaliyyətini davam etdirən; vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək 

Maliyyə sanksiyası: 1,000 AZN 


Yeni maddə 50.1.15 50.1.16

Operativ vergi nəzarətinin əhatəsinə əlavə edilmişdir:

- İcarəyə götürən şəxslərin təsərrüfat obyektini uçota almadan bu obyektlərdə fəaliyyətinə şərait yaradılması hallarının aşkar edilməsi; 

- Sahibkarlıq məqsədilə istifadə edilən obyektlərin girişində vergi ödəyicisinin adı və VÖEN-inin əks etdirilməsi hallarına nəzarət edilməsi.


* Qeyd edilən vəzifələr Qanun qəbul edildikdən 9 ay sonra qüvvəyə minir və həmin tarixdən 6 ay müddətində təmin edilməlidir


Gəlir vergisindən azadolma və güzəştlər 

Mikrosahibkarlıq subyektləri üzrə yeni güzəşt


Yeni maddə 102.1.30-1 102.9

Mikro sahibkar - Fərdi Sahibkar 


Müəyyən fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45,000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. 


✓ Proqram təminatının işlənməsi sahəsində xidmətlər; 

✓ Layihə-dizayn və dekorasiya xidmətləri; 

✓ Tərcümə xidməti; 

✓ Reklam xidməti; 

✓ Araşdırma və tədqiqat sahəsində fəaliyyət; 

✓ Elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər; 

✓ Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri; 

✓ Jurnalistlərin fəaliyyəti; 

✓ Bazar konyukturunun öyrənilməsi; 

✓ Qiymətləndirmə fəaliyyəti; 

✓ Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti; 

✓ Turizm bələdçiliyi; 

✓ Xidmətlərin ixracı. 


Əmək müqaviləsinə xitam verildikdən sonra 1 il ərzində eyni xidmətləri fərdi sahibkar kimi əvvəlki işə götürənə göstərən fiziki şəxslərə bu güzəştlər tətbiq edilmir. Fiziki şəxs yuxarıda qeyd edilən sahələr ilə yanaşı digər fəaliyyət sahələri ilə də məşğul olarsa, güzəşt yalnız qeyd edilən sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmadıqda tətbiq edilir.


Gəlir və Mənfəət vergisindən Azadolma və Güzəştlər 

İncəsənət sahəsinə dəstək


Yeni maddə 102.1.42 

Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə


Yeni maddə 102.1.43 

Filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə

Yeni maddə 106.1.33

Qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdiyi mənfəətin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə


Maddə - dəyişiklik 165.5

Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan məbləğ yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir. Qaydaları müvafiq qurum müəyyən edir.


Yeni maddə 207.14

Azərbaycanda qeydiyyatdan keçmiş teatr, muzey, simfonik orkestr, film istehsalı və dublyajı ilə məşğul olan müəssisələr, 2025-ci il yanvarın 1-dən etibarən 5 il müddətinə, fəaliyyətləri üçün istifadə etdikləri torpaqlara görə torpaq vergisindən azaddırlar. 


Vergi qanunvericiliyi 

Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ilə bağlı əlavələr


Vergi Məcəlləsində edilmiş yeni əlavələrə görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak edən, həmçinin dövlətin satınalma öhdəliyi əsasında bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən və müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi minimum məbləğə cavab verən fərdi sahibkarlar və hüquqi şəxslər üçün müxtəlif vergi azadolmaları və güzəştlər nəzərdə tutulur.


Yeni maddə 102.1.44 106.1.35 

Fərdi sahibkarlar və hüquqi şəxslər bu layihələrdən əldə etdikləri gəlir və mənfəət üzrə gəlir və mənfəət vergisindən azad olunurlar.


Yeni maddə 164.1.63

Bu layihələr çərçivəsində texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən azad edilir.


Yeni maddə 199.22.

Layihə üçün istifadə olunan əmlak əmlak vergisindən azad olunur.


Yeni maddə 207.13

Layihə üçün istifadə olunan torpaq torpaq vergisindən azad edilir.


Bütün bu vergi azadolmaları və güzəştlər müvafiq dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya elektrik enerjisinin satınalma müqaviləsində müəyyən olunan müddət ərzində, lakin tikinti dövrü daxil olmaqla 30 ili keçməmək şərti ilə tətbiq olunur.


Uzunüddətli müqavilələr üzrə gəlir və xərclərin müəyyən edilməsi

Bina tikinti sahəsi üzrə - Percentage of Completion method (PoC)


Yeni maddə 130.6.1-130.6.3. 

Uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılır:


Xüsusi çəkinin hesablanması qaydası: Tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;


Hesabat dövrü üzrə gəlirin hesablanması qaydası: Həmin binadan təqdim edilmiş yaşayış və qeyriyaşayış sahələrinin satış dəyəri müəyyən edilən xüsusi çəki nisbətində vergi tutulan gəlirlərə aid edilir.


Hesabat dövrü üzrə gəlirdən çıxılan xərcin hesablanması qaydası: Faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.


Misal: İl ərzində faktiki olaraq 600 min manat xərc çəkilib, lakin smeta üzrə binanın ümumi xərci 3 milyon manatdır. Nəticədə, işin faktiki 20%-i icra edilmişdir. Tikintisi davam etməsinə baxmayaraq 10 mənzil hər biri 100 min manat artıq təqdim edilib və dəyəri 1 milyon manatdır. Bu zaman cari il üçün 1 milyon manat deyil, 1 milyonun 20%-i miqdarında, yəni 200 min manat gəlir tanınmalıdır. Qalan hissə isə gələcək dövrün gəliri olaraq tanınacaq – 800 min manat. Faktiki çəkilmiş 600 min manat xərc gəlirdən çıxılacaqdır. Nəticədə cari ilin yekunlarında tikinti şirkətinin 400 min manat zərəri (200 min – 600 min) olacaqdır. Növbəti ildə də eyni metodla gəlirlər və gəlirdən çıxılan xərclər tanınacaqdır.


Vergi qanunvericiliyi 

Kənd təsərrüfatı


2022-ci il yanvarın 1-dən 3 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. (VM 153.3)


Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 5 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. (VM 175.12)


2022-ci il yanvarın 1-dən 3 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. (VM 159.1) 


Vergi Qanunvericiliyi 

Digər dəyişikliklər


Maddə - dəyişiklik 102.1.8

Sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər. 


Maddə - dəyişiklik 13.2.11 

Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət, habelə torpaqdan istifadə hüququnun başqasına verilməsi, torpağın icarəyə verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. 


Maddə - dəyişiklik 13.2.11 

Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 5 faiz dərəcə ilə vergi tutulur. 


Maddə - dəyişiklik 101.7 

Bu maddənin digər müddəalarından asılı olmayaraq, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən fiziki şəxslərin mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı qaydada tutulur: 


Yeni maddə 199.7/207.4 

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılmış sənaye məhəllələrinin idarəedici təşkilatları və ya operatorları həmin məhəllələrin ərazisində yerləşən əmlaka görə əmlak vergisindən, həmin məhəllələrin ərazisində istifadə etdikləri torpaqlara görə torpaq vergisindən azaddır. 


* Sənaye məhəlləsinin operatoru (bundan sonra – operator) – müsabiqə əsasında seçilən və bağlanılan idarəetmə sazişi çərçivəsində sənaye məhəlləsinin idarə olunmasını təmin edən hüquqi şəxs.


Nağdsız hesablaşmalar haqqında qanun üzrə dəyişiklik 

Nağd xərcləmələr üzrə limitin artımı


Əvvəlki redaksiyada

3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.


Yeni redaksiyada

ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. *Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.


Riskli Vergi Ödəyicisi – NK Qərarı 

Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi və çıxarılması qaydaları


Əvvəlki redaksiyada

- Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 

- Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 

- Bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 

- Bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 

- Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.


Yeni redaksiyada

- Təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 

- Qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 

- Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs.


Riskli Vergi Ödəyicisi – NK Qərarı 

Riskli vergi ödəyicisinin siyahıya alınma proseduru


Siyahıya daxil edilmə proseduru

→ Vergi ödəyicisinin əməliyyatlarından biri riskli hesab edilərsə, 15 iş günü ərzində alıcı və satıcıya xəbərdarlıq bildirişi göndərilir. 

→ Bildiriş alındıqdan sonra 5 iş günü ərzində əməliyyat ləğv edilməli, izahat verilməli və ya əməliyyatın həqiqiliyini təsdiq edən sənədlər təqdim edilməlidir.

→ Tədbir görülməzsə, 1 iş günündə riskli vergi ödəyicisi statusu tətbiq edilir. 

→ Əmtəəsiz əməliyyatlar üzrə maliyyə sanksiyası: Birinci dəfə - 10% İkinci dəfə - 20% Üç və daha çox dəfə - 40%


Riskli Vergi Ödəyicisi – NK Qərarı 

Riskli vergi ödəyicisinin siyahıdan çıxarılma proseduru


Siyahıdan çıxarılma proseduru

Riskli vergi ödəyicisi olan şəxs →  Vergi ödəyicisi, əməliyyatın həqiqiliyini təsdiq edən sənədlərlə elektron ərizə təqdim etməlidir. → Vergi orqanı 20 iş günündə müraciətə baxır və qərar qəbul edir və qərar 1 iş günündə elektron kabinetə göndərilir. → Siyahıdan çıxarılma / İmtina olunma


İstisna hal

Əmtəəsiz əməliyyat aparmış riskli vergi ödəyicisi olan şəxs → Tətbiq edilmiş maliyyə sanksiyasını tam həcmdə ödəyir → Müraciətə 3 iş günündə baxılır və vergi ödəyicisi siyahıdan çıxarılır.


Gəlirdən çıxılan xərclər – NK Qərarı 

İşçilərin yemək xərclərinin gəlirdən çıxılması normaları və qaydası


Əməkdaşlar üçün yemək xərcləri, həmçinin zərərli, ağır və yeraltı şəraitdə çalışan işçilər üçün müalicəvi-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların xərcləri müəyyən edilmiş limit və şərtlərə uyğun olduqda gəlirdən çıxıla bilər.


Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicəprofilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsulların və vasitələrin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik xərc norması - 5 (beş) manat məbləğində 


İşçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi 1. birbaşa işçiyə ödənildikdə - 5 (beş) manat, 2. iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində


Dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən çıxılan gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün hər bir işçi üzrə - 25 (iyirmi beş) manat, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün hər bir işçi üzrə - 25 (iyirmi beş) ABŞ dolları məbləğində 


Gəlirdən çıxılan xərclər – NK Qərarı 

İşçilərin yemək xərclərinin gəlirdən çıxılması normaları və qaydası

Gəlirdən Çıxma Şərtləri

1 - Yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə; 

2 - Yeməyin hazırlanması işəgötürənin özü tərəfindən təmin edildikdə və yeməyin hazırlanmasına sərf olunan məhsulların alışı VM ilə müəyyən edilmiş qaydada sənədləşdirildikdə; 

3 - İaşə xidməti ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən elektron qaiməfaktura əsasında alındıqda.


Limitlərin Birləşdirilməsi

Zərərli, ağır və yeraltı şəraitdə işləyən işçilər üçün müəyyən edilmiş 5 manatlıq limit digər işçilərə dair 5 manatlıq limitə əlavə olunur. Dəniz nəqliyyatında çalışan heyət üçün müəyyən edilmiş limitlər tətbiq olunduqda, digər işçilər üçün nəzərdə tutulmuş 5 manatlıq limit tətbiq edilmir.


Gəlirdən Çıxılmayan Hallar

İşçilərin işdə olmadığı (məzuniyyət, xəstəlik və s. ilə əlaqədar) və ya ezamiyyətdə olduğu günlər üçün ödənilən yemək xərcləri gəlirdən çıxılmır.


Bu Qaydaya əsasən, vergitutma məqsədləri üçün müəyyən edilmiş gəlirdən çıxılan xərc normalarına əlavə dəyər vergisinin məbləği də daxildir. Eyni zamanda, VM-in 175.3-cü maddəsinə əsasən norma daxilində edlmiş ödənişlər üzrə ƏDV əvəzləşdirilməsinə yol verilir.


Gəlirdən çıxılan xərclər – NK Qərarı 

Mənzil xərclərinin gəlirdən çıxılması norması və qaydası 


İşçilərin mənzil xərcləri aşağıdakı şərtlər daxilində gəlirdən çıxılır: 

Qayda

Kirayə haqqı kirayəverən və kirayəçi (işçi və ya işəgötürən) arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında ödənildikdə;

Kirayə haqqı işəgötürən tərəfindən işçiyə və ya kirayəverənə nağdsız qaydada ödənildikdə


Norma

İşçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.


Gəlirdən çıxılan xərclər – NK Qərarı 

Nümayəndəlik xərclərinin gəlirdən çıxılması norması və qaydası 


Nümayəndəlik xərcləri 

Nümayəndəlik xərclərinin 50 faizi də (illik gəlirin 1%- dən çox olmamaqla) gəlirdən çıxıla bilər. - Nağdsız ödənilməli; - Əsaslandırılmalı; - Vergi qanunvericiliyinə uyğun sənədləşdirilməlidir.


Nümayəndəlik xərclərinə xərclər daxildir: 

Nümayəndəlik xərclərinə qarşılıqlı əməkdaşlığın qurulması və (və ya) davam etdirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirakçıların rəsmi qəbulu və (və ya) onlara xidmət göstərilməsi ilə bağlı aşağıdakı xərclər aid edilir: 

- Qonaqlara göstərilən aşağıdakı xidmətlərin dəyəri: 

• Konsulluq xidmətləri (vizaların alınması, uzadılması); 

• Liman və vağzallarda qonaqların qarşılanması və yola salınması;

• Tədbir və ya iclasın keçirildiyi yerə aparılma və geri gətirilmə (nəqliyyat xərcləri); 

• Mehmanxana (otel) xərcləri (bron etmə, yerləşmə); 

• Yemək xərcləri (səhər, nahar, şam yeməyi, banket, içkilər, çay, qəhvə). 

- Tədbirlə bağlı tərcümə xərcləri; 

- Qonaqlar üçün suvenirlərin alınması. 


Nümayəndəlik xərclərinə daxil olmayanlar 

- Əyləncə və istirahətin təşkili ilə bağlı xərclər; 

- Xəstəliklərin profilaktikası və ya müalicəsi ilə bağlı xərclər.


Yoxlamalar 

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır


Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılır. 


01.01.2026-cı il tarixinədək yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 


Dayandırılma müddəti başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (yuxarıda göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.


Şirkətimiz Haqqında 

SofistiCo MMC 25 iyun 2007-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmişdir. 


Məqsədimiz müştərilərin biznes fəaliyyətinin uğurlu təşkilinə və fəaliyyətinin uğurlu davamına imkan verən yüksək keyfiyyətli mühasibat uçotu, audit, vergi, konsaltinq, kadr işləri və korporativ hüquq sahəsində bütün növ xidmətlərin göstərilməsi və onların hüquq və maraqlarının dövlət, qeyri-dövlət və digər strukturlarda müdafiəsidir. 

Xidmətlərimiz: 

➢ Audit 

➢ Mühasibat uçotu 

➢ Məsləhət 

➢ Kadr işləri 

➢ Korporativ hüquq