Vergi Məcəlləsinə Edilmiş Dəyişikliklər


Dəyişikliklər 01.01.2022-ci il tarixindən qüvvəyə minir.


PLAN 

• Vergi İnzibatçılığı və Maliyyə Sanksiyaları 

• Vergi Yoxlamaları 

• Bazar Qiyməti 

• Transfer Qiymətləri 

• Nəzarət Olunan Xarici Müəssisə 

• Ödəmə Mənbəyindən Vergi 

• Daimi Nümayəndəlik 

• Mənfəət Vergisi 

• Fiziki Şəxslərin Gəlir Vergisi 

• Elekton Qaimə-faktura 

• Əlavə Dəyər Vergisi 

• Digər vergilər (Aksiz, Əmlak, Torpaq, Mədən) 

• Nağdsız hesablaşmalar haqqında qanun


Şirkətimiz Haqqında 

SofistiCo MMC 25 iyun 2007-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və həmin ilin 19 iyul tarixində dövlət qeydiyyatına alınmışdır. Bu tarixdən etibarən şirkət fəaliyyətə başlamış və yüksək keyfiyyətli xidmətləri müqabilində qısa zaman kəsiyində böyük nəticələr əldə edərək aparıcı konsaltinq şirkətinə çevrilmişdir. 


Məqsədimiz müştərilərin biznes fəaliyyətinin uğurlu təşkilinə və fəaliyyətinin uğurlu davamına imkan verən yüksək keyfiyyətli mühasibat uçotu, audit, vergi, konsaltinq, kadr işləri və korporativ hüquq sahəsində bütün növ xidmətlərin göstərilməsi və onların hüquq və maraqlarının dövlət, qeyri-dövlət və digər strukturlarda müdafiəsidir.


Vergi İnzibatçılığı və Maliyyə Sanksiyalar


Vergi orqanlarının hüquqları


Vergi Məcəlləsinin 23.1.6-1 maddəsi

Əvvəlki redaksiya

Səyyar vergi yoxlamaları zamanı dəyişikliklər əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək.


Yeni redaksiyada dəyişikliklər

1. Vergi orqanının hüquqları artıq sadəcə səyyar yox, həmçinin kameral yoxlamalara şamil edilir. 

2. Eyni zamanda aşkar edilmiş vergidən yayınma sxemlərini vergi orqanı dərc etmək hüququna malikdir.


Vergi İnzibatçılığı 

Bankların, digər kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorunun vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri


Vergi Məcəlləsinin 35-ci maddəsi

Dəyişikliklərdən sonra, banklarda hesab açılması üzrə nəzərdə tutulan proseduralar (vergi orqanına ərizə ilə müraciət edilməsi və şəhadətnamə-dublikatın alınması), digər kredit təşkilatları və poçt rabitəsinin milli operatorları tərəfindən də tətbiq edilməlidir.


Banklar və bank əməliyyatlarının ayrı ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən məlumatların verilməsi 

Vergi Məcəlləsinin 76.1-1-ci maddəsi


Əvvəlki redaksiya

VM 76.1 ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ( tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana ( təqdim edilir 


Yeni redaksiyada

1. Bundan sonra yalnız ƏDV qeydiyyatında olan vergi ödəyiciləri yox, həmçinin ƏDV qeydiyyatl olmayan vergi ödəyicilərinin hesabları üzrə əməliyyatlar barədə məlumatlar təqdim edəcək. 


2. Bu cür məlumatları banklardan əlavə kredit təşkilatlar və poçt rabitəsinin milli operatorları təqdim edəcəklər.


Vergi ödəyicilərinin vəzifələri

Orta və iri sahibkarlıq subyektləri vergi orqanı tələb edəcəyi təqdirdə maliyyə hesabatlarını təqdim etməlidirlər (VM 16.1.6.):


Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri istina olmaqla, digər vergi ödəyiciləri idxal ediləcək mallar barədə məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına verməlidirlər (VM 16.1.11-11.): 

❖ mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə: 

❖ mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə; 

❖ mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə; Vergi orqanının idxal ediləcək mallar barədə məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini protokolla rəsmiləşdirmək hüququ var (VM 23.1.3-2.) 

 

Müvafiq maliyə sanksiyaları

Vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə görə vergi ödəyicisinə AZN 1,000 məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM 57.3).


İdxal edilmiş mallar barədə məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab faktura invoys dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin aşağıda müəyyən edilmiş miqdarında maliyyə sanskiyası tətbiq edilir (VM 57.5): • Mikro sahibkarlıq subyektləri üzrə 2 faizi miqdarında • Kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə 5 faizi miqdarında


Vergi inzibatçılığı 

Vergi ödəyicilərinin vəzifələri


İstehsal normaları haqqında məlumatın təqdim edilməsi

Mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək. İstehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı olaraq təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, dəyişikliklə bağlı dəqiqləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etməlidir (VM 16.1.4-2).


Təsərrüfat subyektinin qeydiyyatı

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə maliyyə sanksiyası tətbiq olunacaq (VM 58.2-1):


40 AZN:
• Mikro sahibkarlıq subyektləri 

• Qeyri kommersiya təşkilatları 

• Qeyri sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər


400 AZN:

• Digər şəxslərə


Vergi ödəyicisinin vəzifəsi

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim edir. (VM 16.10.)


Müvafiq maliyə sanksiyaları

Kreditor və debitor borclar barədə məlumat formasının təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən AZN 100 məbləğində maliyyə sanksiyası tətbiq edilir (57.6)


Orta və iri sahibkarlıq subyektləri 2022-ci ilin yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-ci il yanvarın 1- dək yaranan debitor və kreditor borcları haqqında forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən məlumatı müvafiq olaraq 2022-ci il martın 31-dək və 2023-ci il martın 31-dək vergi orqanına təqdim etməlidirlər


Digər maliyyə sanksiyası 

• bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi (əvvəllər 10%) miqdarında (VM 58.8.3).


Malın alğı-satqısının rəsmiləşdirilməsi əməliyyatları üzrə


Mövcud maddə

Malların alışını və ya mədaxilini təsdiq edən sənədlər olmadıqda (elektron qaimə faktura, hesab faktura, təhvil qəbul aktı, idxal gömrük bəyannaməsi, invoys alış aktı, elektron alış aktı, qaytarılmış mallara görə malların qaytarılma aktı) alıcıya təqvim ili ərzində belə hal yol verildikdə alınmış malların dəyərinin 

▪ 1 ci dəfə yol verdikdə 10 faizi, 

▪ 2 ci dəfə yol verdikdə 20 faizi, 

▪ 3 və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 


Yuxarıdakı məqsədlər üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur (VM 58.16.).

 

Yeni redaksiyada

Bu Məcəllənin 58.8-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdan satış bazar qiyməti nəzərdə tutulur. Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir (VM 58.16.). Malın alqı-satqısını rəsmiləşdirən sənədlər həmin sənədlərin tərtib olunması müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və yuxarıda qeyd olunan qaydada maliyyə sanksiyası tətbiq olunur.


Ödəmə tapşırıqlarına dair yeni tələblər

Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəmə tapşırığında aşağıdakı məlumatlar göstərilir (VM 16.11):


1. Yerli əməliyyat üzrə - Elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində bir vergi ödəyicisi üzrə təkrarlanan eyni tipli alışlara görə mallara (işlər, xidmətlər) üzrə - tərəflər arsında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi. 

2. Xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab faktura (invoys) sənədinin tarixi və nömrəsi. 

3. Borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi. 

4. Avans ödənişləri üzrə - təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi. Nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə hər belə ödəmə tapşırığına görə tətbiq edilən maliyyə sanksiyası: AZN 100

 

Vergi Yoxlamaları


Kameral vergi yoxlaması

Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir (VM 37.2).


Mənfəət və gəlir vergisi bəyannaməsinə münasibətdə:

30 iş gün → 60 iş gün


digər bəyannamələrə münasibətdə:

30 iş gün


Dəyişikliklərdən sonra kameral vergi yoxlamasının tərkibinə rüblük əsasda təqdim edilən cari vergi ödəmələrinin hesablanması haqqında arayış da əlavə edilir.


Səyyar vergi yoxlaması

Qanunvericiliyə dəyişiklik


Vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər: (VM 36.3-1.)


❑ Vergi ödəyicisinin müraciəti əsasında; 

❑ Keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 

❑ Cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda.


Mövcud maddələrə dəyişiklik

Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 gündən iş günündən qədər artırıla bilər. 

Yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən iş günündən çox olmayan müddətə uzadıla bilər (VM 38.2.) 

Əlavə vergi yoxlaması tədbirləri əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 (bir) dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz (VM 49.1-2)

 

Bazar Qiyməti


Fəaliyyət sahələri üzrə faiz dərəcələri 

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər (14.3.3): 

✓ 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən aşağıda qeyd edilən fəaliyyət sahələri və faiz dərəcələrində çox (aşağı və yuxarı) fərqləndikdə: 


Topdansatış ticarət fəaliyyəti sahəsində 10%

Tikinti və istehsal fəaliyyəti sahəsində 20%

Digər fəaliyyət sahələrində 30%


Qeyd: VM 14.6.1 - Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən amillər.


Transfer Qiymətləri

Transfer qiymətlərinə cəlb olunan şəxslər və onların vəzifələri


►Yeni Nəzarət olunan Əməliyyatlar (14-1.2.) və həmin əməliyyatlar üzrə Arayışın təqdim olunması (16.1.4)

►NoƏ lər üzrə Arayışın təqdim
olunması meyarı:
►Illik dövriyyə > 500 k AZN 
►AR nın rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri rezident şəxslər, habelə həmin rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında
►AR nın rezidenti və (və ya) qeyri rezidentin AR dakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında 

►NoƏ lər üzrə Arayışın təqdim
olunması meyarı:

►Yoxdur

►AR nın rezidenti və ya qeyri rezidentin AR dakı daimi nümayəndəliyi ilə qeyri rezident şəxslər arasında, bu şərtlə ki:
►Şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar;
►AR nın rezidenti və ya qeyri rezidentin AR dakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olduqda


►Vergi orqanının tələbi ilə sənədlərin təqdim edilməsi (14 .1.9)

Əlavə edilən əməliyyatlar ilə bağlı, əməliyyatların həcmindən asılı olmayaraq, “Nəzarət olunan əməliyyatlar barədə Arayışı”təqdim olunmalıdır.


Maliyyə sanksiyası: Arayışın verilməməsi üzrə maliyyə sanksiyası

500 AZN-dən 2000 AZN-ə qaldırılmışdır.

 

Nəzarət Olunan Xarici Müəssisə

Yeni anlayış

Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisə aşağıdakı hallarda “Nəzarət olunan xarici müəssisə” hesab edilir və mənfəəti Azərbaycan Respublikasında vergiyə cəlb olunur:


“Nəzarət olunan xarici müəssisə”:

Rezident şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısı ilə xarici müəssisədə: 

• 50 %-dən çox səsvermə hüququna və ya; 

• onun nizamnamə kapitalının 50 %- dən çoxuna və ya; 

• həmin xarici müəssisənin mənfəətinin 50 %-dən çox hissəsini əldə etmək hüququna sahibdirsə


2

Xarici müəssisənin illik gəlirlərinin 30 %- dən çox olan hissəsi aşağıdakı passiv (qeyri-sahibkarlıq) gəlirlərdən ibarətdirsə: 

• maliyyə aktivlərindən əldə edilən faiz; 

• əqli mülkiyyətdən əldə edilən royalti; 

• səhmlərin və iştirak paylarının satışından əldə edilən gəlir; 

• maliyyə lizinqindən əldə edilən gəlirlər; 

• sığorta, bankçılıq və digər maliyyə əməliyyatlarından əldə edilən gəlirlər; 

• heç bir iqtisadi dəyər yaratmayan mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə gəlir.

 

3

Nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq həmin mənfəətdən ödənməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olarsa

 

Ödəmə Mənbəyindən Vergi


Qeyri rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması 

Yeni maddə

Maddə 125-1.


Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi. Bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, GVTÖ-yə ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.


Mövcud maddəyə dəyişikliklər və əlavələr (13.2.16.14 1.)

Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər (bundan sonra, GVTÖ-ə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab olunur.


Azərbaycan mənbəyindən gəlir

Aşağıdakı hallarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir: 

►Alınmış borclar üzrə borcun əsas məbləği qaytarıldıqda (faizlər istisna olmaqla) 

►Rezident banklar tərəfindən açılan müxbir hesablara ödənişlər aparıldıqda 

►Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar ( xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı AR-nın hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər aparıldıqda 

►Borc qiymətli kağızlarının əldə edilməsi ilə bağlı ödənişlər aparıldıqda 

►AR-na qoyulmuş investisiyalar və AR-dakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə 

►Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin rezidentlərinin əməkhaqqı və pensiyaları ödənildikdə 

►Səlahiyyətli dövlət orqanlarına rüsumlar və digər ödənişlər ödənildikdə, icazələrin və sertifikatların alınması ilə bağlı ödənişlər aparıldıqda 

►GVTÖ-lərə 13.2.16.14-1 maddəsinə uyğun ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank hesabına qaytarıldıqda


Qeyri rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması 

Mövcud maddəyə dəyişiklik

Maddə 125.1.4.

AR ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri 6 faiz; AR-nın hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə AR-nın ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə resident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutma obyekti deyildir.


Yeni maddə

Maddə 150.6.

Ödəmə mənbəyində vergini tutmağa borclu vergi ödəyiciləri AR-da fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs və ya qeyri rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində ödəmə mənbəyində tutulan vergilər barədə vergi orqanına bəyannamə verməyə borcludur.


Öhdəliyin yaranma tarixi 

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, digər gəlirlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı aşağıdakı qaydada müəyyən edilir: (VM - 150.5): 

❑ Vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən alındığı vaxt; 

❑ Vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və digər bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi(əvəzləşdirildiyi) vaxt; 

❑ Vergi orqanında uçotda olmayan fiziki şəxslərin güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə ödəmələrindən pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icra edildiyi vaxt.


Daimi Nümayəndəlik

Yeni maddələr və mövcud maddələrə əlavələr

Qeyri-rezident müəssisələr və ya qeyrirezident fiziki şəxslər üçün müştəri bazasının toplanması və müştərilərlə işin təşkilini həyata keçirilməsi səlahiyyətlərinə malik olan şəxslər artıq Azərbaycan Respublikasındakı daimi nümayəndəlik yaratmış hesab olunacaqlar. 


Tikinti və təmir meydançaları, quraşdırma və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyəti göstərilməsi fəaliyyətini baş podratçı kimi qeyri-rezident şəxs həyata keçirdiyi halda, onun bu fəaliyyəti həyata keçirmək üçün cəlb etdiyi və qarşılıqlı surətdə asılı olduğu və (və ya) fəaliyyətinə nəzarəti həyata keçirdiyi digər subpodratçı şəxslərin bu işlər üçün göstərdiyi fəaliyyətin müddəti (30 gündən artıq olduğu halda) baş podratçının fəaliyyət müddətinə əlavə edilir


Daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət hesab edilməyən fəaliyyət növlərinin hər hansı birinin birgə şəkildə həyata keçirilməsi sahibkarlıq məqsədləri daşıdığı və ya bu fəaliyyət növlərinin hər hansı biri üzrə əlaqəli şəkildə həyata keçirilməsinin nəticələri hazırlıq və ya yardımçı xarakter daşımadığı və (və ya) belə şəxslər tərəfindən həyata keçirilən fəaliyyətlər onların vahid biznes prosesinin tərkib hissəsi olaraq bir birinə münasibətdə qarşılıqlı tamamlanma funksiyasını daşıdığı halda həmin şəxslərin fəaliyyətinə daimi nümayəndəlik kimi baxılacaqdır.


Mənfəət Vergisi

Gəlirin əldə edilməsi ilə bağlı xərclər

Yeni maddələr

Maddə 108.4.

AR-nın ərazisi daxilində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (Nazirlər Kabineti) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. AR nın ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.


Maddə 108.5. 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.


Gəlirdən çıxılmalı olan təmir xərcləri 

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması

Mövcud maddələrə dəyişikliklər və əlavələr


Maddə 115.1.

Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinin 5 faizi kimi müəyyən olundu.


Maddə 115.6.

İcarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda yaxud icarə haqqı ilə əvəzləşdirildikdə icarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə faiz həddi ilə məhdudlaşdırılma icarəçiyə tətbiq edilmir.


Yeni maddə

Maddə 115.6-1.

İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə ver ən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə müvafiq müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.


Kassa metodunun tətbiqinin məhdudlaşdırılması və cari vergi ödəmələri

Kiçik, orta və iri sahibkarlıq subyektləri gəlirlərin və xərclərin uçotunun yalnız hesablama metodu ilə aparılması nəzərdə tutulur. Kassa metodundan hesablama metoduna keçid: 


 

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq kassa metodu və ya hesablama metodunu istifadə edə bilərlər.


Azadolmalar və güzəştlər 

Hesabat ilinin mənfəətinin 10%- indən çox olmamaqla ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə vergidən azad edilir.


Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmir və silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.


Cari vergi ödəmələri 
►Əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla müvafiq vergi dərəcələrinə əsasən hesablanır (151.5.)


Fiziki Şəxslərin Gəlir Vergisi

Gəlir vergisinin dərəcəsi

Aşağıdakı qeyd olunan qeyri sahibkarlıq fəaliyyəti üzrə illik gəlirlərdən 14% dərəcə ilə ödəmə mənbəyində vergi tutulacaq (101.2.):


► Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən 

►Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” AR-nın Qanununda göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 5 faiz (əvvəllər 2 faiz) dərəcə ilə vergi tutulur (101.6.) 

• kənd təsərrüfatı məhsulları 

• əlvan və qara metal qırıntıları 

• utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları 

• xam dəri


Qeyd: Vergidən azad olunan gəlirlər istisna olmaqla


Gəlir vergisindən azadolmalar və güzəştlər 

102. Azadolmalar və Güzəştlər

Maddə 102.1.3.1.

Müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinəti 

Ölkə daxilində - AZN 10,000-dək olan hissəsi 

Xaricdə - AZN 50,000-dək olan hissəsi


Maddə 102.1.3.3.

Şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın AZN 20,000-dək olan hissəsi


Maddə 102.1.3.4.

AR-nın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın AZN 20 000-dək olan hissəsi Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.

 

Gəlir vergisindən azadolmalar və güzəştlər

102. Azadolmalar və Güzəştlər 

Maddə 102.1.4.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə AR nın Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə AR nın qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar.


Maddə 102.1.25-1.

Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir


Qeyd: VM-nin 102-ci maddəsində nəzərdə tutulan güzəştlər əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxsin həmin maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır (VM – 102.8).

 

Elekton Qaimə-faktura


Elektron qaimə faktura növlərinə əlavələr


Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq verilməli olan elektron qaimə fakturlara aşağıdakı dəyişikliklər edilmişdir (Maddə 71-1.5.) 

► malların (işlərin, xidmətlərin) qaytarılması barədə; 

► malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 

► agent (komisyonçuya) tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına (subagentə) təqdim edilən; 

► agent (komisyonçuya) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalət verənə komitentə qaytarılması barədə; 

► malların emala, yaxud saxlamaya verilməsi barədə; 

► emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə;


Digər müddəalar

Mövcud maddəyə dəyişikliklər

Elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqdim edilmiş malların satış qiymətinin: 

➢ 1-ci dəfə yol verdikdə 10 faizi, 

➢ 2-ci dəfə yol verdikdə 20 faizi, 

➢ 3 və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. (VM - 58.13)


Elektron əmtəə nəqliyyat qaiməsi və elektron yol vərəqi

Qanunvericiliyə yeniliklər


Maddə 71-3.1

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi tərtib edilir.


Maddə 71-3.2

Elektron əmtəə nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.


Keçid müddəası

Qeyd edilən maddə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək elektron əmtəə nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası ilə eyni gündə qüvvəyə minir.


Əlavə Dəyər Vergisi

Vergitutma obyekti


Mövcud maddələrə dəyişiklik

Maddə 159.1

2022-ci il 1 yanvar tarixindən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Keçid müddəası* ƏDV ödəyicisi olan belə şəxslər tərəfindən 2022 ci il yanvarın 1 dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır. Sözüegedən hallarda vergi ödəyiciləri sahibliklərində qalan kənd təsərrüfatı məhsulları barədə Iqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formada məlumatı 2022 ci il yanvarın 31 dək qeydiyyatda olduqları vergi orqanına təqdim etməlidirlər. 


Maddə 159.5

Vergi ödəyicisi malları işləri xidmətləri ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə belə mallardan işlərdən xidmətlərdən qeyri kommersiya məqsədləri üçün istifadə edilməsi fövqəladə hallardan qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilərdən təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa malların itməsi əskik gəlməsi xarab olması tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 


ƏDV-dən azadolmalar

Mövcud maddələrə dəyişiklik


Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı (VM 164.1.7.) 


Mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) (VM 164.1.8.) 


Qanunvericiliyə yeniliklər

Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərti ilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsi (VM 164.1.34-1.)


Kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi (VM 164.1.34-2.)


ƏDV-dən azadolmalar

Digər məsələlər


yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı (VM 164.1.41)


istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 sm3 çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə (VM 164.1.41-1)


elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı - 2022-ci ilin yanvarın 1-dən 3 il müddətinə (VM 164.1.41-2)


ƏDV nin sıfır (0) dərəcəsi ilə tutulması 

Mövcud maddələrə dəyişikliklər


Maddə 165.1.4

Beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla, bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsindən ƏDV sıfır 0 dərəcəsi ilə tutulur.


Maddə 165.5

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV nin qaytarılması ilə bağlı neft və qaz məhsulları ilə yanaşı, həmçinin, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına görə ödənilən ƏDV məbləğinin də qaytarılmasına məhdudiyyət tətbiq olunacaq Lakin, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılmasına imkan veriləcək. Keçid müddəası* Qeyd edilən maddə alkoqollu içkilər və tütün məmulatlarına münasibətdə 2022-ci il oktyabrın 1-dən tətbiq edilir.


İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer

Mövcud maddəyə dəyişiklik

ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yerin işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerə əsasən müəyyən edən 168.1.5-ci maddəyə aşağıdakı əlavələr edilmişdir:


► patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi; 

► işçi qüvvəsinin təchiz edilməsi üzrə xidmətlərin göstərilməsi (işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda).


ƏDV-nin əvəzləşdirilməsi 


ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. (Maddə 175.1)


Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir. (Maddə 175.10)


Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci ilin 1 yanvar tarixindən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. (Yeni maddə 175.12)

 


Digər vergilər (Aksiz, Əmlak, Torpaq, Mədən)


Aksiz vergisi 

Verginin dərəcələri


Azərbaycanda istehsal olunan aşağıdakı içkilər üzrə aksiz dərəcəsi hər litr üçün 3,2 manatdan 4,0 manata qaldırılır: 

 

Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat


Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri – hər bir ədədinə 0,25 manat. 


Tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 35,0 manatdan 38,5 manata qaldırılır.


Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manatdan 14,0 manata qaldırılıb


Verginin dərəcələri

Yeni maddələr


► Mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə vergi dərəcələri (VM 190.4.1-3.):


► AR-na idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz yuxarıdakı maddəyə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır (190.4.1 4.)

 

Ümumi dəyişikliklər

1

Əmlak vergisinin obyekti Müəssisələrinin və fərdi sahibkarların avtonəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsi nəzərdə tutulur.


2

Torpaq vergisinin obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.


3

Geoloji kəşfiyyat işlərinə cəlb olunan torpaq sahələri Faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər (geoloji-kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75 faiz azaldılır. 


4

Mədən vergisinin azaldılması Faydalı qazıntılara görə (neft və qaz istisna olmaqla) vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılır. 

 

Nağdsız Hesablaşmalar

Nağdsız hesablaşmalar haqqında Qanuna dəyişikliklər


2022-ci ilin yanvarın 1-dən etibarən aşağıda sadalanan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsinə yol veriləcək: 

• İxtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər; 

• Pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 2,000 manatdan artıq olan ödənişlər; 

• Mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində 10,000 manatdan artıq olan ödənişlər; 

• Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər 

• “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği 3,000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).