Mühasibat Uçotu Xidməti
Rəqabətin artması şəraitində biznesin uğurlu inkişafı sahibkarlıq mühitində hər bir dəyişikliklərə daha çevik və düzgün reaksiya verməyi tələb edir. Bunlara nail olmaq işçi heyətinin mütəmadi olaraq hazırlıq keçməsi, onların ixtisasının artırılması, treninqlərdə iştirakı və attestasiyalardan keçirilməsi ilə mümkündür. Bütün bunların həyata keçirilməsi, çəkilən xərclər və əməyin nəticələri ilə bağlı risklər təşkilat rəhbərinin üzərinə düşən məsuliyyətdir. Məhz biznesin uğurlu inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərə olan tələbat və xərclərə qənaət etmək səyləri outsourcing xidmətlərini meydana gətirmişdir. Belə xidmətlər hal-hazırda dünya təcrübəsində daha geniş yayılmaqdadır.
Bizim şirkətimiz ixtisaslaşdırılmış məsləhətçi şirkəti olaraq zəngin təcrübələrini bölüşmək üçün öz müştərilərinə yüksək peşəkarlıq və tam məxfilik əsasında outsourcing şəklində mühasibat xidmətlərini təklif edir. Müştərilərimiz əsas diqqətlərini şəxsi bizneslərinin inkişafına yönəldərək ixtisaslaşdırılmış kənar təşkilat olaraq bizim xidmətlərimizdən istifadə etməklə idarəetmə və maliyyə xərclərinə maksimum qənaət etmək imkanı əldə etmiş olurlar. Belə ki, müştərilərimiz bizi seçməklə ayrıca ofis, avadanlıq və işiçilərin saxlanılmasına vəsait sərf etmir, qeyri-peşəkar işçi heyətinin ümumilikdə biznes fəaliyyətinə vura biləcəyi zərərdən uzaq olur, bərpası çətin olan, bəzən də mümkün olmayan təmiz adın və reputasiyanın itirilməsinə şərait yaratmırlar.
Biz sizə outsourcing şəklində və kommersiya sirrini qorumaqla aşağıda sadalanan mühasibat xidmətlərimizi təklif edirik:
• Mühasibat uçotunun qurulması, bərpası və aparılması
• Maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanması
• Mühasibat uçotunun 1C proqramı paketinin (azəri, rus və ingilis dilli interfeyslə qanunvericiliyə tam uyğunlaşdırılmış yeni konfiqurasiyalı variantda) quraşdırılması və proqramla işləmənin ətraflı öyrədilməsi
• Uçot siyasətinin hazırlanması
• Debitor və kreditorlarla üzləşmə aktlarının tərtibi
• Yük gömrük bəyannamələrinin uçotunun aparılması
• Əsas vəsaitlər və qeyri-maddi aktivlərin qeydiyyatı, anbar üzləşməsinin hazırlanması
• Şirkətin elektron qaimələrinin “onlayn kargüzarlıq”da təqdim edilməsi
• Kreditor fakturalarının təhlili və şirkətin təsdiqindən sonra ödəniş tapşırıqlarının hazırlanması
• Rəhbərlik hesabatları da daxil olmaqla tədiyyə balansı, mənfəət zərər və balans hesabatlarının hazırlanması