en ru
Audit xidmətinin təşkili
Biz Sizə mövcud qanunvericiliyə uyğun olaraq təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində kompleks audit xidmətlərinin təşkilini təklif edirik.
Daha ətraflı oxuyun
Mühasibat Uçotu Xidməti
Rəqabətin artması şəraitində biznesin uğurlu inkişafı sahibkarlıq mühitində hər bir dəyişikliklərə daha çevik və düzgün reaksiya verməyi tələb edir. Bunlara nail olmaq işçi heyətinin mütəmadi olaraq hazırlıq keçməsi, onların ixtisasının artırılması, treninqlərdə iştirakı və attestasiyalardan keçirilməsi ilə mümkündür.
Daha ətraflı oxuyun
Məsləhət Xidməti
Hər hansı bir şirkət rəhbərliyi və idarəetmə heyəti şirkətin fəaliyyəti zamanı yaranan bütün suallara hər zaman müstəqil və düzgün cavab tapa bilmir. Peşəkar məsləhətlər rəhbərliyə istehsalın səmərəliliyini və xidmətlərin keyfiyyətini yüksəltməyə, biznes fəaliyyətini daha da genişləndirməyə, şirkəti yeni səviyyəyə gətirməyə, durğunluq və böhranla mübarizə aparmağa, biznesə yeni gözlə baxmağa və s. kömək edir.
Daha ətraflı oxuyun
Kadr işləri
İnsan resurslarının idarəedilməsi biznesin uğurlu inkişafı üçün digər vacib məsələlərdən biridir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçinin haqqlarını üstün tutan məcəllərdən olmaqla birlikdə, işəgötürənlər üçün daima əl altında saxlanılmağı icbari olan qaydalar toplusudur.
Daha ətraflı oxuyun
Korporativ hüquq xidməti
Yeni yaradılacaq hüquqi şəxslərin dövlət qeydiyyatına alınması, mövcud hüquqi məlumatlara dəyişikliklərin edilməsi, eyni zamanda hüquqi şəxslərin ləğvi üzrə bütün hüquqi prosedurların həyata keçirilməsi və s uzun zamandan bəri təqdim etdiyimiz xidmətlərimizdən biridir.
Daha ətraflı oxuyun