Kadr işləri

İnsan resurslarının idarəedilməsi biznesin uğurlu inkişafı üçün digər vacib məsələlərdən biridir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçinin haqqlarını üstün tutan məcəllərdən olmaqla birlikdə, işəgötürənlər üçün daima əl altında saxlanılmağı icbari olan qaydalar toplusudur. Məhz bu səbədən yüksək ixtisaslı mütəxəssislərə olan tələbat kadr işləri üzrə outsourcing xidmətlərini meydana gətirmişdir. Bizim şirkətimiz ixtisaslaşdırılmış məsləhət şirkəti olaraq zəngin təcrübələrini bölüşmək üçün öz müştərilərinə yüksək peşəkarlıq və tam məxfilik əsasında outsourcing şəklində mühasibat xidmətlərini təklif edir. Biz sizə outsourcing şəklində və kommersiya sirrini qorumaqla aşağıda sadalanan kadr və hüquq xidmətlərimizi təklif edirik:

• İşçilik qeydiyyatı
• Əmək müqaviləsinin hazırlanması və elektron qeydiyyatı
• Əmək münasibətlərini formalaşdıran hüquqi sənədlərin hazırlanması
• Əmək münasibəti üzrə sənədləşmə
• Bütün növ əmrlərin tərtibatı, iş vaxtı cədvəllərinin hazırlanması
• Əcnəbilərin ölkə ərazisində müvəqqəti və daimi yaşamaq icazələri və iş icazələrinin alınması
• Əmək münasibətlərinə xitam verilməsi
• Əmək müqaviləsinə xitam verilmə üzrə proseslərin yerinə yetirilməsi
• İşdən çıxma əsaslarının müəyyən olunması
• Müqaviləyə dəyişikliklər və əlavələr
• Əmək müqavilələrində dəyişikliklərin hazırlanması
• Elektron hökumət sistemində dəyişiklik qeydiyyatı