Məsləhət Xidməti
Hər hansı bir şirkət rəhbərliyi və idarəetmə heyəti şirkətin fəaliyyəti zamanı yaranan bütün suallara hər zaman müstəqil və düzgün cavab tapa bilmir. Peşəkar məsləhətlər rəhbərliyə istehsalın səmərəliliyini və xidmətlərin keyfiyyətini yüksəltməyə, biznes fəaliyyətini daha da genişləndirməyə, şirkəti yeni səviyyəyə gətirməyə, durğunluq və böhranla mübarizə aparmağa, biznesə yeni gözlə baxmağa və s. kömək edir.
Biz bizneslərinin optimallaşdırılmasında maraqlı olan müştərilərə onların fəaliyyətlərinin bütün mərhələlərində yüksək peşəkarlıqla məsləhət (konsaltinq) xidmətlərimizi təklif edirik. Məsləhət xidmətlərimiz müştərilərin biznes fəaliyyətlərinin təhlili, inkişaf perspektivlərinin əsası, fəaliyyət sahələri və bizneslərinin xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi innovasiyaların tətbiqindən ibarətdir. Bizim məsləhət yönümümüz kifayət qədər genişdir. Biz biznes fəaliyyətinin əksər sahələri üçün xidmətlər göstəririk və sizə kommersiya sirrini qorumaqla aşağıda sadalanan məsləhət xidmətlərimizi təklif edirik:
• Vergi qanunvericiliyi ilə bağlı məsləhət
• Əmək qanunvericiliyi ilə bağlı məsləhət
• Aylıq ƏDV bəyannaməsi, rüblük ÖMV bəyannaməsi, rüblük vahid bəyannamə
• İllik gəlir və mənfəət vergisi bəyannaməsi
• Statistika Komitəsinə aylıq, rüblük və illik hesabatlar
• Vergi tutulan əməliyyatların müəyyənləşdirilməsi və tətbiq olunan vergilərin hesablanması
• Onlayn kargüzarlığın gündəlik nəzərdən keçirilməsi
• Vergi orqanları ilə mütəmadi əlaqə